​Azərbaycan ordusu irəliləyir - SƏRSƏNG SU ANBARININ BİR ADDIMLIĞINDA

Virtualaz.org-a Ağdərə (Mardakert) rayonundakı Talış kəndinin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məlum olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri, kəskin hücuma keçərək, demək olar ki, itki vermədən Qazaxlılar kəndini keçmiş və Talış kəndi ətrafında beş strateji yüksəkliyi ələ keçirmişlər.
Azərbaycan ordusu Ağdərə rayonunun ən böyük kəndlərindən olan Talışı ələ keçirib və strateji əhəmiyyətli Keçəltəpə yüksəkliyinə yaxınlaşıb. Keçəltəpəni ələ keçirəcəyi təqdirdə, Azərbaycan ordusu Sərsəng su anbarına çıxır.
Qeyd edək ki, bu gün Ağdərə ilə qonşu olan Goranboy rayonunda yüksək vətənpərvərlik əhval-ruhiyyəsi nəzərə çarpır. Yüzlərlə insan, o cümlədən Ağdərənin azad olunmasında iştirak etmiş birinci Qarabağ müharibəsinin veteranları Azərbaycan ordusunun sıralarına qatılmaq və Ağdərə rayonunun azad olunmasında iştiirak etmək istədiklərini bildiriblər.