“Azərbaycan ordusu hücum üçün məqam gözləyir” – Ermənistandan AÇIQLAMA - FOTO

Baxış sayı:
10648

Bu gün əgər hamı övladını orduda xidmətdən yayındırmağa çalışırsa, o zaman Azərbaycan ordusu ilə üz-üzə dayanmaqdan söhbət gedə bilməz.
Muxalifet.az xəbər verir ki, bunu keçmiş erməni kəşfiyyatçı, Qarabağda döyüşmüş Voba Vardanov erməni medaisına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu hücum üçün məqam gözləyir. 

"Onlar bizim bir az da zəifləməyimizi gözləyirlər.  Ermənistan cəmiyyətinin problemi isə  ictimaiyyətin buna hazır olmaması, cəmiyyətin  "levonçular”a, "köçəryançılar”a, "sərkisyançılar”a parçalanmasıdır. Belə olan halda sülhə hazırlıqdan söhbər gedə bilməz. Ermənistan vətəndaşı öz oğullarını ordudan yayınmaq üçün istənilən varianta əl atır”, - V. Vardanov bildirib.