AZƏRBAYCAN ORDUSU DAHA 16 KƏNDİ İŞĞALDAN AZAD ETDİ! - Xocalı da düşməndən təmizlənir

Baxış sayı:
1420

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. 

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.