Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ - Erməniləri müharibə qorxusu BÜRÜDÜ

Baxış sayı:
5260

Ermənilər cəbhədə hər an yeni müharibənin başlayacağı qorxusu içində yaşayırlar.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “rəhbər”inin “məsləhətçisi” Tiqran Abramyan təmas xəttində nisbi sakitliyin olduğunu deyib.
Lakin o qeyd edib ki, vəziyyət istənilən an toqquşmaların başlaya biləcəyini göstərir.
“Azərbaycan Ordusu intensiv şəkildə silahlanır, hərbi təlimlər keçirir və daim döyüş vəziyyətindədir. Cəbhənin o tərəfində Azərbaycan Ordusu vaxtaşırı mühəndislik işləri aparır, mövqelərini möhkəmləndirir, infrastrukturları yeniləyir”, - deyə separatçı müharibə qorxusunu gizlətməyib.