Azərbaycan ordusu AYAQLANDIRILDI: Qırıcılar havaya qalxdı - VİDEO

Baxış sayı:
8926

Muxalifet.az cahan.info-ya istinadən xəbər verir ki, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.