​Azərbaycan OPEK+ monitorinq komitəsinin iclasında iştirak edəcək

Baxış sayı:
1347

Azərbaycan OPEK+ monitorinq komitəsinin aprelin 20-də keçiriləcək nazirlər iclasında təmsil olunacaq.
 
Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq iclasda energetika nazirinin müavini Samir Vəliyev iştirak edəcək.
Qeyd edək ki, OPEK+ monitorinq komitəsi neft hasilatının azaldılması üzrə öhdəliklərin üzv ölkələr tərəfindən icrasına nəzarət məqsədi ilə yaradılıb.