​Azərbaycan nümayəndə heyəti Qış Olimpiadasının açılış mərasimində

Baxış sayı:
7607

Bu gün Cənubi Koreyanın Pxençan şəhərində təşkil olunan XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub.
 
Muxalifet.az-ın məlumatına görə, bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib.
Keçiddə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak ediblər.
Qeyd edək ki, Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.