"Azərbaycan" Nəşriyyatının rəhbərliyində DƏYİŞİKLİK – AĞABƏY ƏSGƏROVU SÜLEYMAN SALMANOV ƏVƏZLƏYİR

Yaxın günlərdə "Azərbaycan" Nəşriyyatının rəhbərliyində dəyişiklik gözlənilir. Muxalifet.az xəbər verir ki, bu haqda hurriyyet.org mötəbər mənbələrdən məlumat əldə edib.
Mənbənin sözlərinə görə, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov tezliklə vəzifədən uzaqlaşdırılacaq. Hətta artıq onun yerinə təyin olunacaq şəxsin kimliyi də bəllidir. Belə ki, A.Əsgərovu “Azərmətbuatyayım” firmasının rəhbəri Süleyman Salmanovun əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, məsələ ilə bağlı "Azərbaycan" Nəşriyyatının baş direktoru ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Gün ərzində A.Əsgərovun mövqeyini dərc etməyə çalışacağıq.