​​“Azərbaycan” Nəşriyyatından ŞOK GÖRÜNTÜLƏR – DİSKO KLUB, MÜXTƏLİF SEXLƏR... - VİDEO

Bir neçə həftə oncə Turaninfo.org saytında Xaçmazdan olan keçmiş deputatın oğlunun “Azərbaycan” Nəşriyyatında Disko Klub açdığı haqda məlumat vermişdik. Qey etmişdik ki, keçmiş deputatın oğlu “Azərbaycan” Nəşriyyatından icarəyə yer götürüb, oranı təmir etdirərək Disko Klub kimi işlətmək qərarına gəlib.
Xatırladaq ki, aprelin 29-da çoxsaylı imkanlı gənclərin iştirakı ilə Disko Klubun açılışı da olub. Bu tədbirdə iştirak etmək üçün əvvəlcədən biletlərin onlayn satışı təşkil edilib. Hətta Avropadan dicey qismində əcnəbi də gətizdirilib.
Ancaq bu qalmaqallı tədbirin sabahısı günü müvafiq dövlət qurumları tərəfindən baş vermiş biabırçılığın aradan qaldırılması ilə bağlı “Azərbaycan” Nəşriyyatının rəhbəri Ağabəy Əsgərova ciddi göstəriş verilib.
Bu informasiya saytımızda dərc olunduqdan sonra, bir sıra başqa KİV-lərdə “Azərbaycan” Nəşriyyatında stomatoloji kabinet, zərgərlik sexi, şirniyyat sexi və s. fəaliyyət göstərdiyi haqda məlumatlar da yayıldı. Məsələn, “Ölkə.Az” saytı yazdı ki, hazırda “Azərbaycan” Nəşriyyatının binasında 2 stomatoloji kabinet və vəhhabilərə aid zərgərlik sexi fəaliyyət göstərir. Saytın məlumatına əsasən, stomatoloji kabinetlər “Azərbaycan” Nəşriyyatı binasının 6-cı mərtəbəsində, zərgərlik sexi isə 5-ci mərtəbədə yerləşir.
Bununla belə, “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov rəhbərlik etdiyi qurumun binasında Disko Klubun və mətbuatdan kənar fəaliyyətin olduğu barədə məlumatları təkzib etdi.
Bu günlərdə “Facebook”-da yayılan aşağıdakı videogörüntü isə A.Əsgərovun yalanını üzə çıxardı. Çünki həmin videoda “Azərbaycan” Nəşriyyatında qısa müddətə fəaliyyət göstərən “iN” Disko Klubunun, eləcə digər çoxsaylı sexlərin mövcudluğu açıq şəkildə  görünür. Odur ki, hörmətli Ağabəy Əsgərova mətbuatı yalan yazmaqda ittiham etməkdənsə, bu video-görüntünü bir daha diqqətlə izləməyi tövsiyə edərdik.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata əsasən, “Azərbaycan” Nəşriyyatında nəinki Disko Klub, müxtəlif sexlər, hətta mini futbol meydançası da fəaliyyət göstərir və burdan əldə olunan gəlir vergidən gizlədilir.
Bütün bunlar haqda çox yaxında daha geniş açıqlama verəcəyik.
Son olaraq isə onu deyə bilərik ki, “Azərbaycan” Nəşriyyatında baş verən ciddi nöqsanlar öncə idarəçilikdə cərəyan edən problemlərdən qaynaqlanır. Çünki bu sadaladığımız neqativlərlə yanaşı, hazırda “Azərbaycan” Nəşriyyatının cəmiyyətdə böyük problemə çevrilən “reket” jurnalistlərin yuvasına çevrildiyi və bir çox problemlərin məhz həmin binadan qaynaqlandığı da bəllidir. Amma, təəssüf ki, A.Əsgərov göstərilən qüsurları aradan qaldırmaq əvəzinə, “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən “reket” jurnalistlərə onun qeyri-qanuni gəlir mənbələrini qapayan məmurların “vurulması” ilə bağlı göstəriş verib…

Turaninfo.org
P.S. Mövzuya qayıdacağıq.