“Azərbaycan” Nəşriyyatında VƏHHABİLƏR "YUVA QURUB" - STOMATOLOJİ KABİNET, ZƏRGƏRLİK SEXİ...

“Azərbaycan” Nəşriyyatının binasında mətbuat sahəsindən kənar fəaliyyətin olması faktı üzə çıxıb
 
Müxalifət.az “Ölkə.Az”-a İstinadən bildirir ki, hazırda “Azərbaycan” Nəşriyyatının binasında 2 stomatoloji kabinet və zərgərlik sexi fəaliyyət göstərir.
Məlumatda qeyd edilir ki, stomatoloji kabinetlər “Azərbaycan” Nəşriyyatı binasının 6-cı mərtəbəsində, zərgərlik sexi isə 5-ci mərtəbədə yerləşir.
Binada oturan şəxslərin sözlərinə görə, hətta zərgərlik sexi vəhhabilərə aiddir.
Xatırladaq ki, bir neçə gün öncə “Azərbaycan” Nəşriyyatının binasında gecələr diskoklubun fəaliyyət göstərməsi barədə bir sıra saytlarda informasiya yayılmışdı. Nəşriyyatın baş direktoru Ağabəy Əsgərov həmin məlumatı təkzib etmişdi.
Qeyd edək ki,  “Azərbaycan” Nəşriyyatı haqqında qalmaqallar bununla bitmir. Belə ki, binanın “reket” mətbuatın yuvasına çevrildiyi hər kəsə məlumdur.