​Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi – BORC QALMAQALI

Baxış sayı:
5458

“Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verib.
Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nəşriyyat borcun silinməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı qismən təmin edib.
Borcun məbləği açıqlanmayıb.
Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır/Report.