​Azərbaycan Norveçə qalib gəldi - ŞOK QƏLƏBƏ

Bakı Olimpiya Stasionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveç milli komandaları arasında matç başa çatıb.
Oyunun 11-ci dəqiqəsində Maksim Medvedevin dəqiq zərbəsindən sonra yığma komandamız hesabda irəli çıxıb – 1:0.
Oyun elə bu hesabla da bitib.
Xatırladaq ki, seçmə mərhələnin ilk oyununda millimiz səfərdə San-Marino yığmasına 1:0 hesabı ilə qalib gəlmişdi.
Tarixində ilk dəfə seçmə mərhələni dalbadal iki qələbə ilə başlayan komandamız hazırda qrupda 1-ci yerdədir.