​Azərbaycan nəhəngləri heç-heçə etdi

Baxış sayı:
13705

Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin ikinci turunun oyunları yekunlaşıb.
Muxalifet.az xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov arasında partiya heç-heçə başa çatıb.
Qeyd edək ki, nüfuzlu yarışın ilk turunda da şahmatçılarımızın nəticəsində bərabərlik qeydə alınmışdı. Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Samuel Şankland, Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə heç-heçəyə razılaşmışdı.