Azərbaycan neftinin SON QİYMƏTİ

Baxış sayı:
8791

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 78,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,46 dollar/barel azdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 78,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 16-da 75,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 16-da 78,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.