Azərbaycan neftinin qiyməti qalxır - SON QİYMƏT...

Baxış sayı:
1363

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,07 ABŞ dolları, yaxud 0,15% artıb.
 
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,92 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.