Azərbaycan neftinin qiyməti 65 dolları keçdi

Azərbaycan neftinin qiyməti bahalaşıb.
 
"AzeriLight” markalı neftin 1 barelinin qiyməti 65.05 dollar olub. Bu 0,25 dollar və yaxud 0,39% artım deməkdir.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.