Azərbaycan məmuru bütün var-dövlətini erməni qızının adına keçirib? – SENSASİON İDDİA

Zərdab rayonu Azərbaycan küçəsi bina 19, mənzil 8 də yaşayan Babayev Şakir Yusib oğlu tərafindən Muxalifet.az-ın redaksiyasına şikayət məktub daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya , eləcə də baş prokror Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edən müəllif yazır:
Möhtərəm cənab Prezident! 
Hörmətli Mehriban xanim!
Hörmətli Cənablar!

DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin törətdiyi cinayət əməlləri barəsində dəfələrlə müraciət etməyimizə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çirkli pulların yuyulması ilə məşğul olan aparat rəhbəri Əjdər Cəbiyev sizlərə hər dəfə korrupsioner Canpolad Vəliyevin müdafiə edərək, yalan məlumatlar verir. C.Vəliyevin müdir olduğu idarədə qanunsuzluq baş alıb gedir. Bu barədə bütün hüquq mühafizə orqanlarına dəfələrlə yazılı məlumatlar vermişik. Bütün bunlara baxmayaraq C.Vəliyevin törətdiyi bu əməllərə görə hələ də azadlıqda gəzir. Hansı ki, 80 manat dəyərində bir quzu oğurlayan həmin anda həbs edilir.
İndi mən cənab Baş prokuror Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Müslümova səslənirəm. Necə olur ki, bir quzu oğurlayan bir neçə il azadlıqdan məhrum olunur, C.Vəliyev kimi bir korrupsioner dövlətin pulunu istədiyi formada mənimsəyərək, dağıdır, kondisionerli maşında və kondisionerli otaqda kresloda oturaraq öz bildiyini edir. Bu sual həqiqətən çox maraqlıdır. Bütün bu özbaşınalıqların başında duran aparat rəhbəri Əjdər Cəbiyevdir. 
Möhtərəm cənab Prezident! 
Hörmətli Mehriban xanim!
Hörmətli Cənablar!

Onuda məlumat üçün bildirirəm ki, C.Vəliyevin qaynanası ermənidir. Bu da o deməkdir ki, onun arvadı hansısa erməninin qızıdır. C.Vəliyev 2011-ci ilin noyabr ayında Zərdab rayon məhkəməsinin qərarı ilə erməni əsili həyat yoldaşından boşanıb və o gündən qeyri-rəsmi olsa da bir yerdə yaşayırlar. Ona görə qeyri-rəsmi yaşayırlar ki, nə vaxtsa bu işin üstü açılarsa C.Vəliyev vəziyyətdən çıxmaq üçün desin ki, o mənim arvadım deyil, biz boşanmışıq. C.Vəliyevin qaynanasının adı Silva olub. Həmin Silva Sumqayıtda yaşayıb. 1988-ci ildə məlum Sumqayıt hadisələrindən sonra Şimali Qafqaza qaçıb və bir neçə il bundan əvvəl ölüb.
Möhtərəm cənab Prezident! 
Hörmətli Mehriban xanim!
Hörmətli Cənablar!

İlk növbədə C.Vəliyevin arvadı erməni olduğu halda, o, necə olur ki, bu günə qədər bu vəzifəni idarə edir? Belə çıxır ki, Qarabağda şəhid olmuş övladlarımızı, ana bacılarımızı, Zəhra kimi körpə balalarımızı C.Vəliyevin qaynanasının və arvadının qohum əqrəbəsı, qonum-qonşusu, tanışları və yerliləri öldürərək şəhid olublar. Bizim isə səlahiyyətli yerlilərimiz C.Vəliyevi cinayət əməllərinə görə həbs etmək əvəzinə, ona dəstək verirlər.
Onu da məlumat üçün bildirirəm ki, bu günə qədər C.Vəliyevin arvadı heç bir yerdə işləməyib. Ancaq araşdırılarsa, onun adında nə qədər var-dövlət və mal-mülk olduğu aşkar olar. Bunun da səbəbi odur ki, C.Vəliyev törətdiyi cinayət əməllərinə görə gec-tez həbs olunacağını bilir. O üzdəndə bütün var-dövlətini qeyri-rəsmi yaşadığı arvadının, yəni erməni qızının adına keçirib. Bu da o deməkdir ki, nə vaxtsa C.Vəliyevin barəsində yoxlama aparılarsa, onun dövlətdən mənimsəyərək milyonlarla gizlətdiyi mal-mülk ortaya çıxmasın. Bu, çox ciddi məsələ oduğu və qəbul edilməsi mümkün olmadığı üçün ciddi araşdırılmasına göstəriş verməyinizi sizdən xahiş edirəm”.
 
Muxalifet.az
 
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.