Azərbaycan məktəbində acınacaqlı vəziyyət: "DONURUQ" - VİDEO

Baxış sayı:
7090

Sosial şəbəkədə Cəlilabad rayonunda yerləşən məktəbin şagirdlərinin dərs keçməsi üçün yararsız olduğu barədə video yayılıb.

Muxalifet.az anews.az-a istinadən xəbər verir ki, videoda məktəbin Cəlilabad rayonu Kövüzbulaq (Soyuqbulaq) kəndində yerləşdiyi bildirilir. Çəkilişdən də göründüyü kimi məktəbin binası dağınıq vəziyyətdədir. Otaqları toz bürüyüb, divarlar çat verib. Çəkiliş zamanı uşaqlar da bu vəziyyətdən çox əziyyət çəkdiklərini, dərsdə oturduqları müddətdə üşüdüklərini deyirlər.

Düşünürük ki, Təhsil Nazirliyi məsələ ilə maraqlanacaq və müəyyən tədbirlər görəcəkdir.

Həmin görüntüləri təqdim edir: