​Azərbaycan millisinin sabiq baş məşqçisi İSTEFA VERDİ: Ermənistana...

Baxış sayı:
10753

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının sükanı arxasını tərk edib.
"Report"un məlumatına görə, bu barədə 50 yaşlı mütəxəssisin özü səfərdə Ermənistana 4:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra qərarını açıqlayıb.
"Mən hamı ilə danışdım və qərara gəldim ki, istefa verim. Komandaya rəhbərlik edərkən AVRO-2020-yə yüksələcəyimizə inanırdım. Amma biz bunu edə bilmədik. İndi əvəzləyicim komandanı Millətlər Liqasına hazırlaya biləcək. Daha mən bu yığmada baş məşqçi deyiləm".
Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pilləni tutur.