"Azərbaycan millisini mundialdakı rəqiblərimizlə muqayisə etmək gülünc olardı" - Loahim Löv

Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Loahim Löv DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.
O, axşam keçiriləcək məşqdən sonra sabah matçda kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəyini bildirib: "Yalnız onu deyə bilərəm ki, qapıda Ter Ştegen duracaq. Lorey Sane də sabahkı matçda meydanda olacaq. Digər oyunçulara gəlincə daha çox yorğun olmayan futbolçulara şans verəcəm."
Y.Löv Azərbaycan millisinin autsayder olduğunu vurğulayıb: "Onlarla oyunumuzu mundialda keçirəcəyimiz oyunlardakı rəqiblərimizlə müqayisə etmək düzgün olmazdı. Haqsızlıq edərdik gülünc olardı".
Qeyd edək ki, Almaniya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.