Azərbaycan millisi Rumıniyanı məğlub etdi

Baxış sayı:
22414

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.
Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.
Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq.//Publika