​Azərbaycan liqasında insident: Azarkeşlər baş məşqçini...

Baxış sayı:
2269

"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib.
Muxalifet.az-ın məlumatına görə, oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.
Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.
Azarkeşlər isə polisin müdaxiləsindən sonra stadionu tərk ediblər.