​Azərbaycan əleyhinə səs verən deputat danışa bilmir

Ankara Universiteti, İbn Sina Xəstəxanası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın səhhətinə dair açıqlama verib.
Muxalifət.az AzVision.az-a istinadən xəbər verir ki, Baykalın səhhətində minimal səviyyədə dəyişiklik olduğu bildirilir.
“Dəniz Baykalın səhhətindəki problem ciddiyətini qoruyur. Şüuru qapalı, ümumi durumu stabildir”, - xəstəxanadan verilən açıqlamada bildirilib.
Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları, o cümlədən D.Baykal Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.