SON DƏQİQƏ: "Azərbaycan KTMT-yə və Avrasiya iqtisadi birliyinə QOŞULUR" -rus politoloqdan ŞOK BƏYANAT

Baxış sayı:
6966

Azərbaycan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin qapıları bağlı deyil.
Muxalifet.az xəbər verir ki, bu haqda dekabrın 2-də “News.am” saytının müxbiri ilə söhbətində, politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bəyan edib.
Onun sözlərinə görə, buna yalnız Ermənistan qarşı çıxa bilər, ancaq son zamanlar Ermənistan-Azərbaycan münaqişəsində daha çox artan bəzi pərdəarxası razılaşmalar nəticəsində bəzi məsələlərə dair ümumi danışıq masasında oturmaq mümkündür.
“Bunu istisna etmək olmaz və söhbət yalnız Qarabağ münaqişəsindən getmir. Yaxın Şərqdə vəziyyət gərginləşir və İrandakı vəziyyət də narahatedicidir, sonda İraq kimi "parçalana bilər". Bundan əlavə, türklər kürdlərin yaşadığı cənub-şərq ərazilərinə nəzarəti itirə bilər. Təsadüfi deyil ki, Rusiya Gümrüdəki bazanın möhkəmləndirilməsi üçün addımlar atdı, bu da məhz gedən proseslərlə əlaqədardır" dedi.
Tarasov deyib ki, Qarabağ münaqişəsi bölgədə ən vacib olmaya bilər.

“Hərbi qarşıdurmalar nəticəsində Azərbaycana və Ermənistanın nəzarətində olan, Qarabağ ətrafındakı ərazilərə qarşısıalınmaz böyük bir qaçqın axını başlaya bilər. Bu amil qərarların qəbul edilməsində əhəmiyyətli rol oynaya bilər", Tarasov dedi.
Muxalifet.az