​Azərbaycan Karlar Cəmiyyətinin sədr müavininin MƏHKƏMƏSİ BAŞLADI

Baxış sayı:
598

Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Musa Tukanovun vəkili vəsatət verərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Vəkil bildirib ki, Musa Tukanov şəkər xəstəsidir, oğlu da əlildir: “Özü Qarabağ müharibəsinin veteranıdır. Yaşı da göz qabağındadır. Xahiş edirik vəsatəti təmi edəsiniz”.
Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı yanvarın 17-nə təyin edilib.
İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.