Azərbaycan-İran-Rusiya zirvə görüşü bu tarixdə keçiriləcək

Baxış sayı:
9583

Avqustun 14-də Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü keçiriləcək.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.
“Rəsmi nota alsaq da, biz tərəfdən rəsmi cavab verilib-verilmədiyini hələ bilmirəm. Bunu yoxlamaq üçün Bakıya qayıtmalıyam”, - deyən nazir Rusiya tərəfinin qarşıdakı sammiti hansı şəhərdə keçirilməsini dəqiqləşdirəcəyini də qeyd edib.