Azərbaycan hökuməti vətəndaşları səfərlərdən imtina etməyə çağırdı

Baxış sayı:
2740

Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.

Bu barədə virtualaz.org-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

"Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur", - məlumatda vurğulanıb.