​Azərbaycan hökuməti İranla sərhədi nə üçün bağlamaq istəmir: daxili bazarda kasadlıq yarana bilər, yoxsa… - EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
2674

“İranla sərhəddimizin bağlanması məsələsi son günlər çox müzakirə edilir. Bəzi iddialar var ki, hökumət daxili bazarda kasadlıq yaranacağından ehtiyat edir. Rəsmi rəqəmlərə inansaq, dəyər ifadəsində xarici ticarətimizdə bu ölkənin payı çox yüksək deyil”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
2019-cu ildə bütün idxalımızın təxminən 3%-nin (452 mln. dollar) İrandan gəldiyini qeyd edən Ağayev onu da nəzərə çatdırıb ki, fiziki şəxslər vasitəsilə sərhəd ticarətinin hamısının uçota alınıb-alınmadığını dəqiq söyləmək çətindir: “Çeşid etibarilə həddən artıq çox- təxminən 1600 adda mal alırıq. Bütün idxalın üçdə biri təbii qazın payına düşür - təxminən 150 milyon dollar. Yəqin ki, onu da Naxçıvana görə alırıq.
Ərzaq idxalının 45 milyon dollara yaxın olduğunu diqqətə çatdıran Ağayev İrandan cəmi idxalın 10% olduğunu bildirib: “15% civarında idxal da kimya sənayesi məhsullarının payına düşüb. Yerdə qalan 40% idxal 100-lərlə çeşiddə məhsiul arasında bölünüb”.
“Bu ölkəyə ixracımız idxalımızdan 11 dəfə az olub. İkitərəfli xarici ticarət kəsirimiz 410 milyon dollara yaxındır. İxracımız isə çox kasaddır. Onsuz da az olan ixracın 60%-ə yaxını iki məhsulun - təbii qaz və pambıq lifinin payına düşür”,-deyə iqtisadçı əlavə edib.