​Azərbaycan helikopterləri Türkiyə səmasında - VİDEO

Baxış sayı:
5161

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.
Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.