Azərbaycan əhalisinin sayı... – Statistikanın məlumatı

Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq 9,850,077 nəfərə çatıb.
 
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.