Azərbaycan futbolu üçün bəd xəbər!

"Qarabağ" futbol klubunun aparıcı üzvləri klubdan gedir

"Qarabağ" azarkeşləri aldıqları üzücü xəbər ilə sarsılıblar.

Milli.az xəbər verir ki, Türkiyə klubları "Qarabağ"ın qol-qanadını qırmağa çox yaxındır. Belə ki, Muarem Muarem və Leroy Corcun müvafiq olaraq "Əskişəhərspor" ilə "Sivasspor" klublarına transfer olunma söhbəti medianı zəbt edib.

"Qarabağ"ın canlı dirəkləri sayılan bu iki futbolçunun getməsi isə klubda ciddi çatışmazlıq yaradacaq. Hamının düşüncəsi Qurban Qurbanovun bu transferlərin reallaşmasına mane olacağı yönündə olduğu halda, gözlənilənlərin əksi baş verdi. Qurbanov hər iki futbolçunun transferinə razılıq verib, yollarını açdı. Bunu "facebook" sosial şəbəkəsində klubun ən böyük fan-səhifəsində qeyd etdilər.

Məlumatı dəqiqləşdirməyə çalışırıq.