Azərbaycan etiraz etdi – Rusiya Qarabağla bağlı təkzib verdi

Bir neçə gün öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları İdarəsi Ermənistan sərhədçiləri ilə birlikdə İrandan Qarabağa keçmək istəyən sərhəd pozucularına qarşı təlim keçirdiklərini elan etmişdi.
 
Faktla bağlı Azərbaycan tərəfinin ciddi etirazlarından sonra  Rusiyanın Ermənistandakı sərhəd xidməti 10 iyulda təlimlə bağlı yaydığı xəbəri təkzib edib. Yeni açıqlamada təlimlərdən Dağlıq Qarabağ regionunun adı çıxarılıb.
 “Rusiya FTX-nin Sərhəd İdarəsi Ermənistandakı təlimlər zamanı sərhəd pozucularının İran-Ermənistan sərhəddini pozmasına qarşı təlim keçirib”.