Azərbaycan Ermənistanı 44 pillə irəlilədi - Dünyanın ən güclü ORDUSU SİYAHISINDA

Baxış sayı:
7456

Azərbaycan 137 ölkə arasında dünyanın ən güclü ordusu reytinqində 52-ci yeri tutub.

Bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb. 

Dünyanın ən güclü orduları siyahısında ilk üçlükdə ABŞ, Rusiya və Çin yer alıb.

İlk onluqda isə Hindistan, Fransa, Yaponiya,  Cənubi Koreya, Böyük Britaniya, Türkiyə (9-zuncu), Almaniya yer alır. 

Cənubi Qafqaz ölkələrindən Azərbaycan dünyanın ən güclü orduları sırasında 52-ci, Gürcüstan isə 85-ci, Ermənistan isə 96-cı yerdə qərarlaşıb. 

Bundan başqa, Azərbaycan ordusunun fəal ehtiyatı 300 min nəfər sayında qiymətləndirilib. 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 53-ci, Gürcüstan 82-cü,  Ermənistan isə 84-cü yerdə qərarlaşmışdı. 

Xatırladaq ki, Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir. Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  Siyahıya daxil edilmiş 137 ölkənin ordusu beş əsas qrup üzrə: ordunun tərkib sayı; quru, hava, hərbi-dəniz qüvvələrinin silah sayı; maliyyələşdirmə həcmi; coğrafi yerləşmə; təbii resurslara görə qiymətləndirilir.