​“Azərbaycan Ermənistana müharibə elan etməyib. Bu onların variantıdır...” - AÇIQLAMA

Baxış sayı:
9037

“Ermənistan danışıqlardan kənarda qalmaq və eyni zamanda Dağlıq Qarabağ separatçı qurumla danışığa getmək üçün belə Paşiyan hakimiyyəti qeyri-adekvat addımlar atır”. Bunu SİA-ya açıqlamasında “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan edilməsi haqqında qərar qəbul etməsinə münasibət bildirərkən politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, müharibə odur ki, arada olan sülh pozulur və artıq sülhdən kənar addımlar atılır: “Ermənistanla Azərbaycan arasında heç vaxt sülh olmayıb. Bizim Ermənistanla bir işimiz var, işğal altında olan və Azərbaycanın dünya birliyi tərəfindən tanınan Dağlıq Qarabağ bölgəsindən separatçıları təmizləmək və ərazi bütövlüyümüzü bərpa etməkdir. Eyni zamanda, biz Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirə bilərik. Biz Ermənistana müharibə elan etməmişik. Bir sözlə, bütün bunlar onların öz variantlarıdır”.
Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanın müharibə elan edəcəyini gözləyirdi: “Beynəlxalq birlik buna cavab verməlidir. O cümlədən də, ATƏT-in Minsk Qrupunun həmsədrləri, BMT məsələyə münasibət bildirməlidir. Müharibə elan edəndə bütün diplomatik korpuslar köçürülməlidir”.
A.Nağıyev onu da bildirdi ki, Ermənistan keçirdiyi “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində rəqib kimi Azərbaycanı hesab edir: “Ermənistan bu məslə ilə bağlı bütün beynəlxalq təşkilatlara məlumat verməlidirlər. 2-ci dünya müharibəsindən indiyə qədər birbaşa kiməsə müharibə eləməklə bağlı açıqlama, bəyanat olmayıb. Ermənistan atdığı addımın görə cavab verməlidirlər”.