“Azərbaycan dünyada səhiyyə xərcləri ən aşağı olan 10 ölkədən biridir” - Məhmməd TALIBLI

Baxış sayı:
26372

“2018-ci il dövlət büdcəsi xərclərinin cəmi 1.3 faizi səhiyyəyə ayrılacaq”

“Məyusedici hesabatlarda öncüllük sanki boyumuza biçilib. Bu yaxınlarda açıqlanan beynəlxalq hesabatda Azərbaycan dünyada səhiyyə xərcləri ən aşağı olan 10 ölkə sırasında yer alıb”.
Muxalifet.az
xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı deyib.

“Sən gərək, üzüyola sənət adamı, məddah şair, yazıçı olasan ki...”

M.Talıblı nəzərə çatıdırıb ki, Azərbaycan 2018-ci il dövlət büdcəsi xərclərinin cəmi 1.3 faizi həkimlərə ayrılacaq: “Bir ölkənin ki, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri beynəlxalq normalardan 3 dəfə geri qalırsa, o zaman hansı ilkin səhiyyə xidmətlərinə çıxış imkanlarından, gözlənilən orta ömür müddətindən (BMT-nin İnsan İnkişafı İndeksi) danışmaq olar? Bir ölkədə ki, hələ də icbari tibbi sığortanın (pilot layihə istisna olmaqla) tətbiqi hələ də baş tutmayıbsa, o zaman ən yaxşı halda o, insanların müalicəsinə yardım olunacaq ki, həmin şəxsə ölkə rəhbərliyi tərəfindən isti münasibət var. Sən gərək, üzü yola sənət adamı, məddah şair, yazıçı olasan ki, sənin Israildə müalicənə pul ayrılsın”.

“İran, Türkiyə, Izrail səhiyyəsinə axıdılan pullar milli valyutanı təhdid edən amillərdir”

M. Talıblı vurğulayıb ki, İran, Türkiyə, İsrail səhiyyəsinə axıdılan böyük pullar, həm də milli valyutanı təhdid edən amillərdir: “Əslində iqtisadiyyatda böhranları təkcə nəhəng təlatümlər doğurmur. Kiçik zəlzələlər, pis idarəetmə və çoxvektorlu tənəzzül elementləri bu çökülən iqtisadi binanın kərpicləridir, kərpicləri sökməyin”.

Cavid, Muxalifet.az