Azərbaycan Dubaya çiyələk ixrac edəcək

Baxış sayı:
5266

Azərbaycanlı sahibkar ərəb ölkələrinə çiyələk ixrac etməyi planlaşdırır.
Bu barədə trend -ə sahibkar Rafət Abbasov açıqlama verib.
Sahibkar bildirib ki, artıq ölkədə yığım başlayıb və yaxın vaxtlarda ərəb ölkələrinə yeni sort çiyələklər ixrac olunacaq:
“Artıq ixraca hazırlıq mərhələsi başlayıb. Ötən ilə qədər biz yalnız Rusiya bazarlarına çiyələk ixrac edirdik. Əvvəllər əsasən Moskva və Sankt-Peterburqa göndərirdik. Bu ildən isə ərəb ölkələrinə ixraca başlayırıq. İlk olaraq Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) - Dubaya çiyələk ixrac edəcəyik. Hazırda bu istiqamətdə xüsusi üsulla çiyələk yığımına başlamışıq. İlk partiya olaraq 40 ton ixrac planlaşdırırıq. BƏƏ-dən sonra İraq, İran və digər ölkələrə də çiyələk göndərmək istəyirik”.