Azərbaycan dərsliyində BİABIRÇILIQ: "Böyük Ermənistan"

10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Azər Kazımzadə feysbuk hesabında yazıb:
"Bu kitab Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq böyük maliyyə vəsaiti hesabına orta məktəblərin Rus bölməsinin 10-cu sinifi üçün (Umumi Tarix kitabı) hazırlanaraq orta məktəblərə avqust ayından göndərilib. Kitabın 32-ci səhifəsində Şimali və Cənubi Azərbaycan əraziləri "böyük ermənistan" ərazisi kimi göstərilib. Orta məktəblərin müəllimlərin kütləvi narazılığını nəzərə alaraq 4 gündür ki, bu kitablar məktəblərdən say hesabı ilə toplanılaraq, bu biabırçılığı ictimayətdən gizlətməyə çalışırlar. Dostlar, bu kitab Təhsil Nazirliyində bir neçə komissyadan keçərək, sonda nazirin qərarı ilə çapa verilib, məktəblərə paylanılıb.
İndi sual verirəm sizə, bu xəyanət deyil bəs nədir? Bu ermənilərə işləmək deyil bəs nədir? 
Cənab Əliyev, bu biabırçılıqdan xəbəriniz varmı?Təyin etdiyiniz nazir və onun komandası birbaşa dövlətə xəyanət edir. Rus bölməsində də oxuyan Azərbaycanın gələcəyi olan uşaqlardır. İndidən bu uşaqlara dırnaqarası "böyük ermənistan" ideyasını təbliğ etmək Azərbaycanın hansı qanununda yazılıb?
Bu əməl birbaşa Azərbaycan dövlətinə xəyanətdir. Xocalı soyqırımına qarşı hörmətsizlikdir".