"Azərbaycan Dəmir Yolları" 2 nəfərin öldüyü dəhşətli hadisə barədə məlumat yaydı

Baxış sayı:
475

Bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az
xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmtinin yaydığı açıqlamada qeyd edilib:
"AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır.
Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır".