“Azərbaycan danışıqlar məsələsini gündəmdən çıxartmalıdır”

Baxış sayı:
4198

Ermənistanın yeni baş naziri seçilən Nikol Paşinyanın srağagün Dağlıq Qarabağa səfəri zamanı sayıqlamaları Azərbaycan ictimaiyyətində ciddi qəzəb yaradıb. Çünki N.Paşinyan Qarabağa səfəri zamanı özünü terrorçubaşı kimi aparıb. O, bildirib ki, buranın ağası bizik.
Hətta bir qədər irəli gedən Paşinyan beynəlxalq jurnalistlər qarşısında bəyan edib ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib: “Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq”.
Əslində, Paşinyanın bu bəyanatı onun siyasətçi kimi zəif olduğunu deməyə əsas verir. Çünki bu cür bəyanat baş nazirə yaraşmır. Görünür, o, bu cür bəyanat verməklə həm də Azərbaycanı qızışdırmaq istəyir. Paşinyanın bu bəyanatı rəsmi Bakıya aydın bir mesajdır ki, o, heç vaxt Azərbaycanla Dağlıq Qarabağ danışıqlarında konstruktiv dil tapmayacaq, Azərbaycan məcburən Dağlıq Qarabağ və 7 rayonun erməni işğalından azad olunması üçün müharibə variantını seçməli olacaq.
“Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir” deyən Paşinyan unutmamalıdır ki, Azərbaycana 100 il belə olmağı arzulaması xəyal olacaq. Bir gün Azərbaycan xalqının səbr kasası daşanda heç Rusiyanın dəstəyi də Ermənistana kömək etməyəcək.
Bəyantalarından göründüyü qədər Paşinyan sələflərindən daha sərt ritorika ilə Azərbaycanı müharibəyə səsləyir. Əslində, Azərbaycan hökuməti Paşinynın bu bəyanatına ciddi cavab verməli, işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlamalı, Azərbaycanın tarixdə qorxaq bir dövlət kimi deyil, əzmkar, qüdrətli bir dövlət oluğunu sübut etməlidir ki, Paşinyan və onun kimi düşünən ermənilərə də bir dərs olsun.
Əslində, beynəlxalq aləmə “Azərbaycan kimi qorxaq bir dövlət görmədiyini” car çəkən Paşinyan və onun kimi ermənilərə dərs verməyin vaxtı çoxdan keçib. Ona görə də o, bu cür sərsəm bəyanatlar verir. Məhz buna görə mütləq son yol müharibə qərardır ki, biz dövlət və millət olaraq “qorxaq” adını bu yolla üzərimizdən götürə bilərik.
Paşinyanın baş nazir seçilməmişdən öncə “Qarabağ münaqişəsinin həllinin güzəştli variantı yalnız Azərbaycanın “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi hüququnu tanıdığı təqdirdə müzakirə oluna bilər” bəyanatı da onu deməyə əsas verir ki, onun Azərbaycan hökuməti ilə danışıqlarda heç də konstruktiv mövqe tutmaq fikri yoxdur, biz torpaqlarımızı yalnız müharibə yolu ilə azad edə bilərik. Erməni xalqının öz müqəddəratını təyin etməsi hüququnun Azərbaycan tərəfindən tanınması heç vaxt mümkün olmayacaq. Çünki erməni xalqının öz müqəddəratını təyin etməsi hüququnun Azərbaycan tərəfindən tanınması onların müstəqil bir respublika yaratması ilə nəticələnə bilər ki, bunu da Azərbaycan qəbul edə bilməz. Ancaq Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər.
Paşinyan hətta Dağlıq Qarabağın ayrıca tərəf kimi danışıqlarda iştirakının tərəfdarı olduğunu və bu baş tutmazsa, danışıqların mümkünsüz olacağını bildirib: “Mən Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə Azərbaycan prezidenti ilə danışıqlarda öz rəhbərliyi təmsil etməlidir. Azərbaycan münaqişənin həllini istəyirsə, onu indiki formatda, yəni tərəflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Güzəştlər, kompromislər barədə erməni tərəfi, ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Ermənistan əsas diqqəti silahlanmaya və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir”.
Göründüyü kimi, Dağlıq Qarabağın ayrıca tərəf kimi danışıqlarda iştirakı baş tutmazsa, danışıqların mümkünsüzlüyünü bildirən Paşinyanla bundan sonra ancaq müharibə yolu ilə danışmaq qalır. Amma çox təəssüf ki, biz bu bəyanatların, hədələrin qarşısında susuruq... Və buna görə də bizi qorxaq dövlət, millət kimi dunyaya örnək göstərirlər. Bundan sonra 25 il də torpaqlarımız erməni işğalında qalsa, onda artıq torpaqlarımızın qayıtması xəyal olacaq, o zaman isə biz “qorxaq dövlət”, “qorxaq millət” adını haqq etmiş olacağıq. Ona görə, gəlin, zamana və ermənilərə uduzmayaq...

“Biz sübut etməliyik ki, qorxaq xalq deyilik, qəhrəman xalqıq

Paşinyanın Qarabağa səfəri zamanı Azərbaycan dövlətini, xalqını aşağılayıcı bəyanatı ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, ilk addımından bu adam demokratik bir adam olmadığını, davakar millətçi olduğunu, Zori Balayandan heç nə ilə fərqlənmədiyini aydın surətdə göstərir: “Bu adamın Azərbyacan torpaqlarında nə işi-gücü var? O torpaqların rəsmi statusu hələ Azərbaycanın adınadır. O, Azərbyacan torpağında Azərbaycana təhqiramiz bəyantlar verməklə Azərbaycan xalqına srağagün meydan oxuyub. Azərbaycan xalqı bundan özü üçün nəticə çıxarıb, bu erməni küçüyünün qulağını kəsmək üçün vəzifələrini müəyyənləşdirməlidir və biz sübut etməliyik ki, biz qorxaq xalq deyilik, qəhrəman xalqıq. Biz sübut etməliyik ki, öz torpağmızın sahibiyik və ona sahib çıxacayıq. Sən tələsmə, Paşinyan. Ali təhsili olmaya-olmaya baş nazir olan bir adamın dünya siyasəti, çevrədə baş verənlər haqqında erməni xislətinə uyğun tərzdə danışması onu göstərir ki, sən də çox davam etməyəcəksən, Allah qoysa,sənin də axırına çıxan tapılacaq”.

“Paşinyandan qətiyyən konstruktiv addım gözləmək olmaz”

Hüseynli vurğuladı ki, Paşinyanın bu sözlərindən sonra ondan qətiyyən konstruktiv addım gözləmək olmaz: “Bu adam dava-dava deyir. “Qarabağ xalqından qürur duyuram” deməklə, Dağlıq Qarabağ yox, Dağlıq Qarabağdan kənardakı işğal edilmiş torpaqlar barədə də onunla söhbət aparmaq olmaz. Çox primitiv, bəsit və yonulmamış bir adamdır. Bu adamla danışmaq yox, bu adamı sadəcə olaraq məhv etmək lazımdır”.
 
“Hərb məsələsi gündəmə oturdulmalıdır”
 
Qabil Hüseynlinin fikrincə, Azərbaycan bundan sonra danışıqlar məsələsini gündəmdən çıxarmalı, hərb məsələsi gündəmə oturdulmalı, ordu ciddi surətdə hazırlıq keçməli, eyni zamanda bu məsələnin beynəlxalq və daxili aspektləri üzərində ciddi düşünülməlidir”.
 
Şamo EMİN