Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

Baxış sayı: 69

Zelim Kotsoyev XXIX Yay Universiadasında birinci olub
 
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tayvanın paytaxtı Taypeydə start götürən XXIX Yay Universiadasında qızıl medal qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, ardıcıl olaraq, almaniyalı Filipp Qalandi, latviyalı Vadim Lando, bosniya və herseqovinalı Hadis Ramiç və rusiyalı Niyaz Bilalovu üstələdikdən sonra finala yüksəlib. Həlledici qarşılaşmada isə Kotsoyev yaponiyalı Kentaro İydanı üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Universiadada Azərbaycanı taekvondo (12), cüdo (3), atletika (2) və ağırlıqqaldırma (2) növlərində üst-üstə 19 idmançı təmsil edir. Ötən gün startı verilmiş kompleks yarışa avqustun 30-da yekun vurulacaq.