​Azərbaycan bu ölkələrə nə qədər yardım edib?

Baxış sayı:
4783

Keçən il Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə və humanitar yardımların ümumi məbləği açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən illə bağlı hesabatda bildirilib.
Hesabatda bildirilir ki, 2017-ci ildə yardımların məbləği 1 milyon 523 min 902 dollar olub. Bu məbləğin 682 min 188 dolları humanitar, 841 min 714 dollar isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.