​Azərbaycan bu məsələ ilə bağlı Rusiya və Gürcüstanla yenidən MASAYA OTURACAQ

Baxış sayı:
691

Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsinə dair növbəti görüş fevralda keçiriləcək.
Muxalifət.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini görüşün Bakıda keçirilməsi planlaşdırıldığını sözlərinə əlavə edib.
X.Xələfov Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası istiqamətində də bu il danışıqların keçiriləcəyini vurğulayıb:
“İlin birinci yarısında Bakıda həm ekspertlər səviyyəsində, həm də işçi qrupun rəhbərləri səviyyəsində görüş keçirilməsi nəzərdə tutulur”.