​Azərbaycan-Belarus matçı başa çatdı

Baxış sayı:
2971

Futbol üzrə yığma komandamız yoldaşlıq matçında Belarus yığması ilə üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda keçirilən matçda rəqibinə 1-0 hesabı ilə məğlub olub. Oyun 42-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev topu öz qapısından keçirib.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Antaliyada Makedoniya yığması ilə qarşılaşacaq.