“Azərbaycan bayrağı Şuşada dalğalanır"- İLHAM ƏLİYEV

Baxış sayı:
1118

“Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır”.

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.

“Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.

Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”, - Ölkə başçısı qeyd edib.