Azərbaycan Bakıda keçirilən Dünya Kubokunu bir medalla başa vurdu

Baxış sayı:
1891

İdman gimnastikası üzrə Dünya Kubokunun final günündə Azərbaycan gimnastı Nikita Simyonov gümüş medal qazanıb. 
Muxalifet.az xəbər verir ki, gimnastımızın halqalarda çıxışı hakimlər tərəfindən 14.800 xalla dəyərləndirilib. Nikitanın sözlərinə görə, tamaşaçıların dəstəyi ona uğurlu çıxış etməkdə kömək edib: 
 “Çox həyəcanlıyam. İzləyicilər çox yaxşı dəstək oldular, bu enerjini hiss edirdim. Təsnifat günü çıxışımda səhvlər var idi. Bunlar üzərində işlədim və yekundə final çıxışım daha yaxşı alındı. Doğma arenada, azarkeş dəstəyi də yüksək performans göstərməyimə kömək oldu”.
Qeyd edək ki, bu gün – yarışların son günü gimnastımız Marina Nekrasova daha bir final mərhələsində mübarizəyə qoşulub. Bu dəfə o, gimnastika tirində öz gücünü sınayıb. O, 11.366 xallıq nəticə ilə yeddinci olub.
Bununla da Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bu Dünya Kubokunda Azərbaycan dörd idmançı ilə təmsil olunub və bir gümüş medalla kifayətlənib.