Azərbaycan artilleriyaçıları üçüncü oldu - FOTO/VİDEO

Baxış sayı:
8272

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.

Qaliblərin təltif olunması mərasiminin sabah keçiriləcəyi nəzərdə tutulub.