​Azərbaycan, ABŞ, İsrail... – Ronaldinyo daha bir ölkədə...

Baxış sayı:
6496

İsraildə dünya futbolunun canlı əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya açılacaq.
Muxalifet.az-ın məlumatına görə, bu barədə braziliyalı veteran futbolçu özü İsrail mətbuatına açıqlamasında deyib. O bildirib ki, 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulan akademiyada həm yerli, həm də miqrant uşaqlar futbolun sirrlərinə yiyələnəcəklər.
Ronaldinyonun Dubay, Səudiyyə Ərəbistanı, Misir, Koreya, Hindistan, Azərbaycan və ABŞ-dan sonra 8-ci böyük layihəsi olan Qüds akademiyasının fəaliyyəti 2 ay sonra təşkil olunacaq və 100-ə yaxın uşağın iştirak edəcəyi yay düşərgəsi ilə başlayacaq.
Qeyd edək ki, Bakıda “Qəbələ” klubunun dəstəyi ilə açılması nəzərdə tutulan Ronaldinyo akademiyası hələ fəaliyyətə başlamayıb.