​"Azərbaycan 200 hektar gürcü torpağını nəzarət altına alıb" – İNGİLTƏRƏ MEDİASI GOOGLE TƏRƏFİNDƏN ÇƏKİLƏN PEYK FOTOLARINI YAYIB

Baxış sayı:
12270

"Azərbaycan 200 hektar gürcü torpağını nəzarət altına alıb".

Muxalifet.az infoteka24.ru saytına istinadən xəbər verir ki, İngiltərə nəşri olan “Bellingat” bu barədə jurnalist araşdırması adı ilə məlumat paylaşıb.

Google tərəfindən çəkilən son peyk fotolarını araşdıran “Bellingcat” jurnalistləri bildirirlər ki, bu ilin aprel ayında Azərbaycanın sərhəd qoşunları 3 ölkənin (Ermənistan, Gürcüstan və Azərbaycanın) dövlət sərhədlərinin kəsişmə nöqtəsində olan olan Babəkər dağının Gürcüstan hissəsində görünüblər.
“Bellingcat” şərhçisi Masis Ingilizyan xatırladıb ki, hələ avqust ayında Azərbaycan rəsmiləri və KİV-ləri bəyanat veriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax hissəsində döyüş mövqelərini yaxşılaşdıra biliblər. Sayt Azərbaycan sərhəd qoşunlarının qərargah rəisi, general-mayor Elçin İbrahimovun 16 avqustda verdiyi açıqlamasında bildirdiyi "Azərbaycan sərhədçiləri təmas xəttində bir neçə istiqamətdə irəlilədi və strateji yüksəkliklərdə mövqeləri nəzarət altına aldı" sözlərini qeyd edir. Müəllifi Azərbaycanın irəliləmə faktını inkar etmədən, bunun üçüncü dövlətin - Gürcüstan ərazisinin hesabına həyata keçirildiyini vurğulayır.
“Bellingcat”-ın yayımladığı peyk şəkillərində də görünür ki, Azərbaycan sərhəd qoşunları Azərbaycanın əvvəlki sərhədindən 140 ilə 370 metr aralıda, Gürcüstanın Kvemo Kartli (Borçalı – red.) bölgəsindəki Kirachi-Muqanlo kəndində ən azı dörd yeni baza yaradıblar.
Bundan əlavə, “Bellingcat” şəhrçisinə görə, Gürcüstandakı Azərbaycan bazalarından biri Bakı-Gəncə-Tiflis magistral yolunun üstündə olan Gürcüstan Qırmızı Xaç məntəqəsindən cəmi 380 metr məsafədə, strateji yüksəklikdə yerləşir.
“Bu yeni ərazilər Azərbaycana Ermənistana üzərində strateji üstünlük verir. Sonradan, erməni tərəfi bəyan edib ki, o dövlət sərhəddinin bu tərəfində 140 hektar ərazini nəzarətə götürüb və beləliklə Azərbaycanın irəliləməsini neytrallaşdırmağı bacarıb”, - deyə “Bellingcat” yazır.

Tərcümə etdi: Muxalifet.az