​Azlıqların Qərbə inteqrasiyaya qarşı olması... - Tsixelaşvili

Baxış sayı:
7171

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müxtəlif bölgələrindən olan azərbaycanlı, erməni və digər milli azlıqların nümayəndələri ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüş iştirakçılarına Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası ilə bağlı məlumat verilib.
K.Tsixelaşvili bildirib ki, bu gün bəzi milli azlıqların icmaları Gürcüstanın Qərbə inteqrasiyasına qarşı çıxırlar. Bu da ciddi problemlərə yol açır.
Dövlət naziri deyib: “Biz nazirlik olaraq NATO-nun Gürcüstandakı ofisi, Avropa İttifaqı və NATO İnformasiya Mərkəzi ilə birgə etnik azlıqların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirərək onlara Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası barədə ətraflı məlumatlar təqdim edirik. Gürcüstanın hər bir vətəndaşının ölkənin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olması çox vacibdir”.
Bildirilib ki, milli azlıqları təmsil edən müəllimlər üçün “NATO - sülhlü və sabit inkişaf üçün seçim” mövzusunda tədris seminarı təşkil olunacaq. Həmçinin müəllimlərin müxtəlif hökumət qurumlarında və diplomatlarla görüşləri keçiriləcək.