AZDRAMDAN QOVULAN AKTYOR MUSKOMEDİYADA

Baxış sayı:
3721

Akademik Milli Dram Teatrının direktoru ilə problem yaşayan tanınmış aktyor İlham Hüseynov Azərbaycan Dövlət Musiqili Teatrında işə başlayıb.
Kult.az xəbər verir ki, bu barədə əməkdar artist İlham Hüseynov özü məlumat yayıb.
Aktyor bildirib ki, 26 aprel tarixindən etibarən Dövlət Musiqili Teatrında ilk tamaşasına çıxacaq:
 “Əziz dostlar, sizi 26 aprel saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasını izləməyə dəvət edirəm. Nəzərinizə çatdırım ki, tamaşada baş rollardan birini mən ifa edəcəyəm. Tamaşa əbədi mövzuya - sevgiyə həsr olunub”.
Qeyd edək ki, Azərbaycan Dövlət Dram Teatrının direktoru Azərpaşa Nemətovla teatrın aktyoru, əməkdar artist İlham Hüseynov arasında problem yaşanmışdı. Bu səbəbdən teatrın direktoru aktyor İ.Hüseynova ərizəsini yazaraq teatrdan getməsini bildirmişdi. Yollarını Dram Teatrı ilə ayıran aktyor uzun müddət idi şəhnəyə çıxmırdı.